İlham Əliyev Paşinyanla görüşüb | YENİLƏNİB

   İlham Əliyev Paşinyanla görüşüb |  YENİLƏNİB
  10 İyul 2025    Oxunub:1582
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib.
AzVision.az xəbər verir ki, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.

Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

* * *

14:02
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşü başa çatıb.

* * *

13:39
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla yenidən təkbətək formatda görüşü keçirilir.

* * *

12:29
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü fasilədən sonra heyətlərin iştirakı ilə davam edir.

* * *

11:44
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.
Prezidentin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş fasilədən sonra davam edəcək.

* * *

11:11
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri ilə görüşü təkbətək formatda davam edir.
Prezidentin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, heyətlərin iştirakı ilə görüş başa çatıb.

* * *

09:09
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Bu barədə AzVision.az -a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.



AzVision.az


Teqlər: Prezident   görüş  



Xəbər lenti